13 
Yan
2021
16:42
570

Səhiyyə naziri ölkədəki epidemioloji vəziyyətdən danışdı

"Koronavirusla əlaqəli statistika ölkədə epidemiyanın sabit olduğunu və infeksiyada kəskin artım olmadığını göstərir".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze söyləyib.

"Statistik baxımdan sabitliyimizin olması vacibdir, nəzarət mexanizmlərini yaxşı tətbiq etməyi bacardığımız üçün şadam, bu gün ölkədə infeksiyada kəskin artım yoxdur", - dedi Tikaradze.

Onun sözlərinə görə, bu gün xəstəxanalarda 2 972 yer boşdur.

"Gün ərzində 200 nəfərədək xəstəxanaya yerləşdirilir, xəstəxana sektoru tamamilə səfərbərdir, əlavə çarpayıların cəlb edilməsinə ehtiyac yoxdur", - dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın