24 
Apr
2020
09:44
7933

Marneulidə minik avtomobillərinin hərəkətinə bu qayda ilə icazə verilir - Zaur Darğallıdan AÇIQLAMA

"Sakinlər Marneuli daxilində məhsullarını şəxsi avtomobilləri ilə yerli şəbəkələrə paylaya bilərlər".

Bu barədə Marneuli meri Zaur Darğallı InterPress.ge-yə müsahibəsində bildirib.

Z. Darğallı qeyd edir ki, məhsulları Marneuli daxilində öz avtomobilləri ilə satmağ üçün çıxarmaqa heç bir xüsusi icazə lazım deyil.

"Marneuli sakinləri öz məhsullarını avtomobillərinə yükləyib yerli obyektlərə təfil verə bilərlər. Bunun üçün heç bir icazə lazım gəlmir, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə söhbət olunub. Həmçinin kiminsə Marneulidən kənarda şəxsi müşdəriləri varsa bizimlə əlaqə saxlaya bilərlər və biz həmin şəxslərin Marneuliyə daxil olub malları almasına şərait yaradacağıq", - dedi Zaur Darğallı.

Xatırladaq ki, artıq kənd sakinləri öz məhsulunu yük maşınlarına yükləyib Tbilisiyə aparıb orada anbarlara təfil verə bilir.

Bizimlə əlaqə saxlayın