16 
Sen
2026
11:04
61

Ölkəmizin Azərbaycana yeni səfiri təyin edildi

Giorgi Zakarşvili Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Giorgi Zakarşvilinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə uzun illər iş təcrübəsi var.

“2021-ci ildən bu günədək Ukraynada Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM-da Gürcüstanın daimi nümayəndəsi olub.

2016-2019-cu illərdə Rusiya Federasiyasında İsveçrə Konfederasiyasının səfirliyində Gürcüstanın maraqlar bölməsinin fövqəladə və səlahiyyətli elçisi vəzifəsində çalışıb. 2012-2016-cı illərdə isə Ukraynada Gürcüstan səfirliyinin və GUAM-da Gürcüstanın daimi nümayəndəliyinin fövqəladə və səlahiyyətli elçisi olub.

Müxtəlif vaxtlarda Giorgi Zakarşvili Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr idarəsinin rəhbəri vəzifələrində də çalışıb.

Giorgi Zakarşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın