Ursula fon der Lyayen: Ən çox irəliləyiş əldə edən namizəd ölkələr üçün fəaliyyət planları təqdim edəcəyik
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ən çox irəliləyiş əldə edən Aİ-yə namizəd ölkələr üçün yaxın zamanda fəaliyyət planlarının təqdim ediləcəyini bildirib.
InterPress.ge xəbər verir ki, Ursula fon der Lyayen bu barədə Avropa Parlamentində çıxışı zamanı bildirib.
“Biz əmin olmalıyıq ki, avropalılar hər zaman bir-birimizin yanında olacağıq. Sadəcə sərhədlərimizin o tayına baxmaq kifayətdir və görəcəyik ki, Avropa ideyası hələ də yaşayır. Ukraynaya və Moldovaya baxmaq kifayətdir. Qərbi Balkanlara baxmaq kifayətdir. İttifaqımıza yaxın olan bütün ölkələrə nəzər salmaq kifayətdir. Onların gələcəyi bizim İttifaqımızda olduğu üçün ən çox irəliləyiş əldə edən namizəd ölkələr üçün yaxın zamanda fəaliyyət planlarını təqdim edəcəyik”, - deyə Ursula fon der Lyayen bildirib.
Avropa Komissiyasının prezidenti vurğulayıb ki, Avropa İttifaqının dəyərlərinə hörmət müzakirə mövzusu deyil.
“Bu proses yenə də nailiyyətlərə əsaslanacaq. Həmçinin bir daha təkrar edirəm: bizim dəyərlərimizə hörmət müzakirə mövzusu deyil”, - deyə Avropa Komissiyasının prezidenti qeyd edib.


