2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstanda 46 082 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu müddətdə qəzalar nəticəsində 315 nəfər ölüb, 3 252 nəfər isə yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatlarında qeyd olunub.
Nazirliyin məlumatlarına əsasən, qeydə alınan hadisələrdən 44 034-ü İnzibati Xətalar Məcəlləsi, 2 048-i isə Cinayət Məcəlləsi üzrə təsnifləşdirilib.
2026-cı ilin ilk 9 ayında yol-nəqliyyat hadisələrinin regionlar üzrə bölgüsü belə olub:
* Tbilisi – 26 150 inzibati qaydada qeydə alınmış hadisə, 536 cinayət işi üzrə təsnifləşdirilmiş hadisə;
* Acarıstan – 4 740 inzibati, 340 cinayət qaydasında;
* İmereti – 2 839 inzibati, 271 cinayət qaydasında;
* Kvemo Kartli – 2 721 inzibati, 226 cinayət qaydasında;
* Mtsxeta-Mtianeti – 1 658 inzibati, 88 cinayət qaydasında;
* Şida Kartli – 1 636 inzibati, 144 cinayət qaydasında;
* Sameqrelo-Zemo Svaneti – 1 472 inzibati, 116 cinayət qaydasında;
* Kaxeti – 1 352 inzibati, 195 cinayət qaydasında;
* Samtsxe-Cavaxeti – 854 inzibati, 69 cinayət qaydasında;
* Quriya – 473 inzibati, 49 cinayət qaydasında;
* Raça-Leçxumi və Kvemo Svaneti – 139 inzibati, 14 cinayət qaydasında.
Yol qəzalarının 10 əsas səbəbi
Daxili İşlər Nazirliyinin məlumatlarına görə, yol-nəqliyyat hadisələrinin əsas səbəbləri aşağıdakılardır:
* Dönmə manevrinin düzgün yerinə yetirilməməsi;
* Qarşı hərəkət zolağına çıxmaq və ya ötmə qaydalarının pozulması;
* Piyadaların keçidlərdən düzgün istifadə etməməsi;
* Müəyyən edilmiş sürət həddinin aşılması;
* Ara məsafəsinin qorunmaması;
* Nəqliyyat vasitəsinin alkoqol sərxoşluğu vəziyyətində idarə edilməsi;
* Yol nişanları və yol nişanlanma xətlərinin tələblərinə əməl edilməməsi;
* Maneəyə çırpılma;
* Geriyə dönmə manevrinin düzgün yerinə yetirilməməsi;
* Yolayrıclarından keçmə qaydalarının pozulması.
.jpg)