Gürcüstanda nəqliyyat vasitəsi qeydiyyatdan çıxarıldıqdan sonra ona məxsus ödənişli dövlət qeydiyyat nişanı Xidmət Agentliyində 365 təqvim günü müddətində saxlanılır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, həmin müddət ərzində avtomobil sahibi saxlanılan dövlət nömrə nişanından istifadə etməklə nəqliyyat vasitəsini Agentliyin istənilən struktur bölməsində yenidən qeydiyyatdan keçirə bilər.
