Gürcüstanın Laqodexi bələdiyyəsinin Uzuntala kəndində 31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin məlumatına görə, mərhum usta işləyirmiş və işini yerinə yetirərkən yüksək gərginlikli elektrik naqillərinə toxunub.
Məlumata əsasən, mərhumun üç azyaşlı övladı var.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmağı nəzərdə tutur.
