“Əsas məsələ iqtisadi artımın əhalinin həyat səviyyəsinin yüksəlməsində əks olunmasıdır. 2020-ci ildən sonra yarım milyondan çox insan yoxsulluqdan çıxıb”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Biznes Assosiasiyasının “Gürcüstanda biznes mühiti: hökumətlə biznes arasında dialoq” adlı konfransında çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsulun həcmi artıq orta-yüksək gəlirli ölkələrin göstəricisini ötüb.
“Əsas məsələ ondan ibarətdir ki, iqtisadi artımın əhalinin həyat səviyyəsinin yaxşılaşmasında birbaşa əks olunmadığı halda onun əhəmiyyəti yoxdur. Bu baxımdan çox yaxşı göstəricilərə malik olmağımıza sevinirik. 2020-ci ildən sonra yarım milyondan çox insan yoxsulluqdan çıxıb. Alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsulun həcmi artıq orta-yüksək gəlirli ölkələrin göstəricisini ötüb”, – deyə İrakli Kobaxidze bildirib.
