Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
InterPress.ge xəbər verir ki, Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Görüş zamanı iki ölkə arasında mövcud olan sıx siyasi və iqtisadi əlaqələrə, həyata keçirilən birgə layihələrə və regional əməkdaşlığın əhəmiyyətinə toxunulub. Nəqliyyat əlaqələrinin gücləndirilməsinin, regionun nəqliyyat, logistika və enerji potensialından maksimum istifadə olunmasının vacibliyi vurğulanıb.
Bildirilib ki, uğurla həyata keçirilən birgə layihələr və ticarət əməkdaşlığı nəticəsində Azərbaycan 2000-ci ildən etibarən Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında ilk onluqda yerini qoruyur.
Həmçinin Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpasından sonra sərnişin axınının əhəmiyyətli dərəcədə artması müsbət qiymətləndirilib.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak ediblər.
