Maska taxma qaydasını pozduqlarına görə 484 şəxs cərimələnib
Hüquq mühafizə orqanlarının apardığı monitorinq nəticəsində son 24 saat ərzində ölkə daxilində qüvvədə olan məhdudiyyətlərin 577 pozulması halları aşkar edildi.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 93 şəxsi cərimələyib. Cərimə olunanlar arasında 21: 00-dan 05: 00-dək hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.
Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən 484 şəxs cərimələnib.
“Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks təqdirdə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir.
Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.
Maska taxma qaydalarının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyətə və 20 lari məbləğində cəriməyə, təcrid və karantin qaydalarının pozulmasının inzibati məsuliyyətə və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari, təkrar cərimələr cinayət məsuliyyətinə səbəb olur",- deyə bildirilib məlumatda.


