10 
Mar
2020
06:28
652

Çində koronavirus qurbanlarının sayı 3,1 min nəfəri ötdü

Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.

InterPress.ge RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virusa yoluxanların 3 136 nəfəri vəfat edib. Koronavirus xəstələrinin demək olar ki, 60 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır. “Xəstəxanalardan 59 897 nəfər evə buraxılıb. Virusa yoluxmuş 3 136 nəfər vəfat edib”, - komitənin xəbərində qeyd edilir.

Son sutka ərzində ölkədə koronavirusa 19 yeni yoluxma qeydə alınıb, xəstəxanalardan 1 297 nəfər buraxılıb. Ölkədə koronavirusa yoluxma şübhəsi ilə 36 hal aşkarlanıb.

Qeyd edək ki, Çində koronavirus ilk dəfə ötən ilin sonunda aşkarlanıb.

Bizimlə əlaqə saxlayın