Əri tərəfindən boğazı kəsilərək öldürülən qadının ailəsi cinayətkara ağır cəza tələb edir
Samtrediyada əri tərəfindən öldürülən Eliza Kalandadzenin ailəsi cinayətkara ağır cəza tələb edir.
InterPress.ge-nin məlumatına görə, yoldaşı qadını bıçaqlayaraq hadisə yerindəcə tərk edib.
Baldızı ölən qadını səhər tapıb.
Ailə üzvləri mərhum qadının onlarla ailədəki münaqişə barədə heç vaxt danışmadığını, bu səbəbdən bu barədə məlumatlarının olmadığını söyləyib.
Mərhumun ailəsi, saxlanılan şəxsin həddindən artıq içki içdiyini və ehtimal edilən qarşıdurmanın içkili halda baş verdiyini bildirib. Sərxoş kişi arvadından içmək üçün pul tələb edib və qadın buna imtina etdikdən sonra onu bıçaqlayıb. Mərhumun ailəsi cinayətkara ömürlük həbs cəzası verilməsini tələb edirlər.
Məlumat üçün bildirək ki, polis Samtrediyada kişini arvadını qəsdən öldürmək ittihamı ilə həbs etmişdi. Agentliyin verdiyi məlumata görə, istintaqda təqsirləndirilən şəxsin ailə münaqişəsi zəminində arvadını - 1973-cü il təvəllüdlü E.K-ni soyuq silahla boğazından bıçaqladığı, hadisə yerindən gizləndiyi müəyyənləşib. Yaralı qadın hadisə yerindəcə ölüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsinin 2-ci hissəsinin "F" bəndinin ağırlaşdırıcı şərtlərdə ailə üzvünün qəsdən öldürülməsini nəzərdə tutan maddəsi ilə aparılır. Cinayətdə 13 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulur.


