Dekabrın 24-dən 2 yanvar müddətində sərnişinlərin daşınması bərpa olmayacaq
Dekabrın 24-dən 2 yanvar müddətində sərnişinlərin daşınması bərpa olmayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
Açıqlamaya görə, bu yaxınlarda onlayn platformalar vasitəsilə qatar biletləri alanlar pullarını geri ala biləcəklər.
“Bildiyiniz kimi, epidemioloji vəziyyətə görə ölkədə müəyyən məhdudiyyətlər mövcuddur.
Bu məhdudiyyətlərin qismən azaldılması 24 dekabr 2020 - 2 yanvar 2021 tarixləri arasında elan olunsa da, Koordinasiya Şurası məhdudiyyətlərin azaldılmasının şəhərlərarası nəqliyyatda tətbiq olunmayacağına qərar verdi. Nəticə olaraq, Gürcüstan Dəmir Yolu qeyd olunan dövrdə sərnişin xidmətləri göstərə bilməyəcək - sərnişin daşımaları bərpa olunmayacaq.
Nəticədə, bu yaxınlarda qatar biletlərini onlayn platformalar vasitəsilə satın alanların hamısı pullarını geri ala biləcəklər", - Gürcüstan Dəmir Yolu İdarəsindən verilən açıqlamada deyilir.


