22 
Dek
2020
13:07
423

Bu günə qədər keçirilən koronavirus testinin sayı açıqlandı

"Bu günə qədər ölkədə 1 milyon 800 mindən çox koronavirus testi aparılıb".

InterPress.ge xəbər verir ki, bu haqda Səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Eyni zamanda, Tikaradzenin dediyinə görə, yazdan bəri koronavirusun idarə olunmasında iştirak edən onlayn klinikaların sayı 25-dən 65-ə yüksəlib. Tikaradzenin parlament komitələrinin birgə iclasında bildirdiyinə görə, onlayn klinikanın həkimləri 250 000-ə qədər zəngə cavab veriblər.

"Vətəndaşlarımız coğrafiya və əhatə dairəsi baxımından çox geniş bir imkana sahibdirlər və ehtiyac olduqda 250-dən çox laboratoriyada və ilkin tibbi yardım mərkəzlərində testlərdən istifadə edə bilərlər. Bu günə qədər 1 milyon 800 mindən çox test aparılmışdır. Kovidin idarə edilməsində ilkin səhiyyə sektorunun böyük rolu var. Cari ilin 2 aprel tarixindən etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ailə həkimlərinin gündəlik olaraq Kovid xəstələrinə distant nəzarət həyata keçirdiyi onlayn klinikalar platforması yaradıldı. İlkin olaraq prosesə 25 onlayn klinika cəlb edilmişdir. Bu gün klinikaların sayı 65-ə yüksəldi. 2 apreldən bu günə qədər onlayn klinikanın həkimləri 250 000-ə qədər zəngə cavab verdilər”,-dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın