22 
Dek
2020
12:34
311

Talakvadze: "Bizim prioritetimiz ölkəni 2024-cü ilə qədər AB üzvlüyünə hazırlamaq olacaq"

"Bizim prioritetimiz ölkəni 2024-cü ilə qədər AB-yə üzv olmağa müraciət etmək üçün hazırlamaq olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze Gürcüstanın xaricdəki diplomatik nümayəndəlik rəhbərlərinin illik iclasında söyləyib.

Arçil Talakvadzenin sözlərinə görə, Gürcüstan parlamentində parlament diplomatiyasının həyata keçirilməsində, beynəlxalq əlaqələrin gücləndirilməsində və daha çox irəliləyiş və uğur qazanmaq üçün səfirlər ilə çalışmaqda fəal iştirak edəcək güclü xarici komanda var.

"Bizim prioritetimiz ölkəni 2024-cü ilə qədər AB üzvlüyünə hazırlamaq olacaq. Bunun üçün ortaq iş tələb olunur - bunun üçün şərait yaratmaq və Gürcüstanın AB-yə qoşulmasına imkan verəcək beynəlxalq siyasi qərarların qəbul edilməsini asanlaşdırmaq üçün maksimum vətəndaş iştirakı, səmərəli əməkdaşlıq və tərəfdaşlarımızla koordinasiya lazımdır",- deyə parlament sədri söyləyib.

Xatırladaq ki, Gürcüstanın xarici siyasət prioritetlərinin, qlobal pandemiyada yeni çağırışların və imkanların müzakirə olunduğu Səfirlər Konfransı 2020 distant formatda keçirildi.

Bizimlə əlaqə saxlayın