22 
Dek
2020
11:18
598

Bu gün koronavirusa yoluxanlar Gürcüstanın bu bölgələrindəndir

"Tbilisidə- 1 241, İmeretidə- 497, Acarıstanda- 191 yeni koronavirus halı aşkar edildi".

InterPress.ge xəbər verir ki,
İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sichinava bu barədə Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.

O, koronavirusla bağlı 22 dekabr tarixinə olan son statistikadan bəhs edib.

"İntensiv testlərin bir hissəsi olaraq, son 24 saat ərzində ölkə daxilində 17 007 test, o cümlədən antigen testi ilə 11 288 və PISAR testi ilə 5 719 tədqiqat aparıldı. Aparılan testlər nəticəsində son 24 saat ərzində virusla təsdiqlənmiş 3 064 yeni xəstəlik aşkarlanıb və ölkədə Kovid-19 pandemiyasının başlandığı gündən bu yana təsdiqlənmiş halların ümumi sayı 212,526-a yüksəlib. Son 24 saat ərzində 3 740 nəfər virusdan sağalıb və sağalanların ümumi sayı 188 408-ə yüksəldi.

Bu gün ölkədə aşkarlanan 3 064 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi- 1 241, Acarıstan - 191, İmereti - 497, Kvemo Kartli - 246, Şida Kartli - 244, Quria - 52, Sameqrelo - Zemo Svaneti - 264, Kaxeti - 196, Mçxeta-Mtianeti - 63, Samçxe-Cavaxeti - 53, Raca-Leçxumi və Kvemo Svaneti - 17 ", - Berdia Sichinava dedi.

Bizimlə əlaqə saxlayın