Gürcüstan Azərbaycanlılarının Əlillər Asossiyasına sizdə bu cür dəstək ola bilərsiniz
Gürcüstan Azərbaycanlılarının Əlillər Asossiyası əlillər üçün dəstək fondu yaradıb.
InterPress.ge xəbər verir ki, bu barədə təşkilat rəhbəri Rövşən Əliyev məlumat verib.
R. Əliyev bu günə kimi Əlillər Asossiyasının gördüyü işlərdən də bəhs edib.
"Gürcüstan Azərbaycanlılarının Əlillər Asossiyası 2010-cu ilin mart ayının 18-fə ədliyyə nazirliyindən rəsmi qeydiyyatdan keçib.
Əlillər Asossiyanın 2000 əlil üzvü var və bu günə kimi 400-dən artıq təkərli kürsü, 600 nəfərə dərman preparatı, 1000 ailəyə isə yardım sovqatları ilə dəstək olub. Bundan başqa 40-dan artıq böyük əməliyyatlar etdirib və əməliyyat olunan şəxsləri sağlamlığına qovuşdurub.
Gürcüstan Azərbaycanlılarının Əlillər Asossiyası MaktiCom Geocell Beline mobil operatorlarında əlillə üçün xeyriyyə fondu yaratdı, evdə, işdə, ofisdə, aftomabildə hər bir kəs 0901200115 nömrəsinə zəng edib yüzminlərlə əlill soydaşlarımıza dəstək ola bilərlər. Zəngin qiyməti 1 laridir.
Hər bir kəs 1 lari yardım etsə Gürcüstanda yaşayan azərbaycanlı əlillərin problemləri tez həll olar. Əlillərimizi tək qoymayaq!"- deyə R. Əliyev bildirib.


