Koronavirusa ən çox yoluxma Gürcüstanın bu bölgəsində qeydə alındı
Gürcüstanda koronavirusa ən çox yoluxma Tbilisidə qeydə alınıb.
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sichinava Hökümət İdarəsində keçirilən brifinqdə deyib.
O, koronavirusla bağlı 17 dekabr tarixinə olan son statistikadan bəhs edib.
"İntensiv testlərin bir hissəsi olaraq, son 24 saat ərzində ölkə daxilində 17 029 tədqiqat, o cümlədən sürətli antigen i ilə 8 859 və 8 170 PISAR testi aparıldı. Testlər nəticəsində son 24 saat ərzində virusla yeni təsdiqlənmiş 2 981 hal aşkar edilmişdir. Ölkədə Kovid-19 pandemiyasının başlandığı vaxtdan bəri aşkar edilmiş halların ümumi sayı 201 368-dir. Son 24 saat ərzində 2 001 nəfər virusdan sağaldı və sağalanların ümumi sayı 169 282-yə yüksəldi.
Bu gün ölkədə aşkarlanan 2 981 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəriciər belədir: Tbilisi- 1 282, Acarıstan-228, İmereti-489, Kvemo Kartli-229, Şida Kartli-160, Quria-64, Sameqrelo-Zemo Svaneti-227, Kaxeti-145, Mçxeta- Mtianeti -87, Samçxe-Cavaxeti -55, Raca-Leçxmi və Kvemo Svaneti -15. Bu mərhələdə 30 107 aktiv infeksiya halı mövcuddur ki, bunlardan 6 758 nəfər xəstəxanalarda müalicə alır, o cümlədən Tbilisidə -2 896, Acarıstanda 815, İmeretidə 1 379 nəfər”,- dedi Berdia Sichinava.


