Xaricdə polis altı gürcü saxladı
Yunanıstanda soyğunçuluq ittihamı ilə biri qadın olmaqla altı gürcü saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan polisi xəbər yayır.
Həbs olunanlarla əlaqəli məlumat və fotoşəkillər Yunanistan polisinin rəsmi saytında yayımlanıb. Cinayətdə şübhəli bilinən, ancaq hələ saxanılmayan iki şübhəli haqqında da məlumat bildirilib.
Yerli medianın verdiyi məlumata görə, şübhəlilər 4 dekabrda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Soyğunçuların şəkillərini polis 12 dekabrda yayımlayıb. Saxlanılanların evlərində və avtomobillərində aparılan axtarış nəticəsində bahalı zinət əşyaları, avadanlıq və digər əşyalar götürülüb.
Yerli mediada oğurluqların sayı və oğurlanmış əşyaların dəyəri barədə müxtəlif məlumatlar yayılıb. Versiyalardan birinə görə, məhbuslar Attikanın müxtəlif yerlərində 31 oğurluq törədiblər. Oğurluq zamanı evlərin kilidini açmaq üçün xüsusi alətlərdən istifadə edirmişlər və əsasən evlərdə işləyən işçilərdən məlumat əldə alırlarmış.


