26 
Fev
2020
16:34
1772

Ekaterine Tikaradze: "Gürcüstanda koronavirus təhlükəsi artıb"

"Koronavirus riskləri artıb, ancaq risklərin azaldılması üçün gərəkən bütün tədbirlər görülüb".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bildirib.

Nazirin dediyinə görə, bu mərhələdə yeni subyektlərdə virus aşkarlanmayıb, Çindən gətirilən vətəndaşlara isə, müşahidə prosesi davam edir.

“Luqar laboratoriyasından vəziyyətlə bağlı gündəlik açıqlamalar verilir. Bu proses şəxsi nəzarətim altındadır. Virusun ölkəmizdə yayılmaması üçün bütün dövlət qurumları birlikdə işləyirik. Sərhədlər bağlanıb və hər bir yolçu haqqında məlumatımız var, ancaq biz digər ölkə vətəndaşlarının müvəqqəti olaraq, Gürcüstana daxil olmasının tamamilə qadağan edilməsinin tərəfdarıyıq” – dedi Ekaterine Tikaradze.

Nazirin dediyinə görə, İtaliyadan gələn bütün yolçular necə öz ölkələrində, eləcədə, bizim hava limanımızda tibbi yoxlanışdan keçirilirlər.

Bizimlə əlaqə saxlayın