“Dakar-2026” başa çatıb – Gürcüstan komandası 4 medal qazanıb
Seneqalın paytaxtı Dakarda keçirilən IV Yay Gənclər Olimpiya Oyunları başa çatıb. Gürcüstanın olimpiya komandası yarışlarda 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıb.
InterPress.ge xəbər verir ki, oktyabrın 31-dən noyabrın 13-dək davam edən yarışlarda 205 ölkənin idmançıları 25 idman növü üzrə mübarizə aparıblar.
Gürcüstanı atletika, qılıncoynatma, boks, uşu, taekvondo, oxatma, cüdo, üzgüçülük və çimərlik güləşi üzrə 13 idmançı təmsil edib.
Oyunların bağlanış mərasimi Olimpiya kəndində keçirilib. Mərasimdə yarışların yadda qalan və maraqlı anlarını əks etdirən görüntülər nümayiş olunub.
Tədbirdə Təşkilat Komitəsinin rəhbəri Mamadu Diaqna Ndiaye və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri iştirakçılara müraciət edərək təşəkkürlərini bildiriblər.
Ənənəvi bayraq paradında Gürcüstanın bayrağını IV Gənclər Olimpiya Oyunlarının çempionu, boksçu Emil İsmayılov aparıb.
Gürcüstan idmançılarının qazandığı medallar:
* Emil İsmayılov – boks, 55 kq
* Luka Maxaradze – çimərlik güləşi, 70 kq
* Nurəddin Mustafayev – çimərlik güləşi, 90 kq
* David Mdzəvaşvili – çimərlik güləşi, 60 kq
Ümumi medal sıralamasında Gürcüstan medalların əyarına görə 44-cü yeri tutub.


