13 
Nybr
2026
19:42
84

Emil İsmayılov Gənclər Olimpiya Oyunlarının qalibi olub – Gürcüstan ilk qızıl medalını qazanıb

Seneqalın paytaxtı Dakarda keçirilən IV Gənclər Olimpiya Oyunlarında Gürcüstan yığmasının üzvü Emil İsmayılov boks üzrə qızıl medal qazanıb. O, 55 kq çəki dərəcəsində final görüşündə avstraliyalı Marli Doddi 5:0 hesabı ilə məğlub edərək Gürcüstana bu yarışda ilk qızıl medalı qazandırıb.

InterPress.ge xəbər verir ki, İsmayılov turnirin ilk görüşündə dominikanlı Maykl Reyesə 4:1, dörddəbir finalda isə livanlı Ramzi Hilala 5:0 hesabı ilə qalib gəlib.

Yarımfinalda kanadalı Lisandro Qarsiya Rebelo əlindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib və İsmayılov birbaşa finala yüksəlib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər