06 
Nybr
2026
11:46
131

Tbilisidə xarici ölkə vətəndaşlarına hücum edərək qarət edən dörd yeniyetmə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup tərəfindən zor tətbiq edilməklə törədilmiş qarət ittihamı ilə dörd yeniyetməni saxlayıblar. Saxlanılanlardan biri əvvəllər məhkum olunub.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə xarici ölkə vətəndaşlarına hücum edərək onlara fiziki zorakılıq tətbiq edib, mobil telefonlarını və şəxsi əşyalarını ələ keçiriblər. Daha sonra isə hadisə yerindən qaçıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsləri isti izlərlə saxlayıblar. Ələ keçirilmiş əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər