08 
Okt
2026
23:34
171

Yanacağın qiyməti 5 larini ötdü - QİYMƏTLƏR

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb. Bəzi yanacaqdoldurma şəbəkələrində bir gün ərzində dizelin qiyməti əlavə olaraq 10 tetriyə qədər, benzinin qiyməti isə 2-6 tetri artıb. Nəticədə dizelin qiyməti 5,07 lariyə, “Super” benzinin qiyməti 4,65 lariyə, “Premium” 4,33 lariyə, “Regular” isə 4,08 lariyə çatıb.

InterPress.ge xəbər verir ki, yanacağın bahalaşması günlər və həftələr üzrə mərhələli şəkildə baş verib. Yalnız sentyabr ayında benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri artıb. Avqust-sentyabr aylarında isə benzinin qiyməti 42 tetriyə, dizelin qiyməti 91 tetriyə qədər bahalaşıb.

Bununla yanaşı, “Sakstat”ın açıqladığı məlumatlara əsasən, sentyabr ayında illik müqayisədə benzinin qiyməti 30,2%, dizelin qiyməti 54,5%, qaz yanacağının qiyməti isə 0,6% artıb.

Bu gün müxtəlif brend yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri belədir:

Wissol

- Eko Super – 4,64 lari (7 oktyabrda 4,62 lari) – 2 tetri artım;

- Eko Premium – 4,32 lari (4,29 lari) – 3 tetri artım;

- Eko Dizel – 5,07 lari (4,99 lari) – 8 tetri artım;

- Avro Dizel – 4,98 lari (4,95 lari) – 3 tetri artım;

- Avro Regular – 4,08 lari (4,02 lari) – 6 tetri artım.

Gulf

- G-Force Super – 4,65 lari (4,59 lari) – 6 tetri artım;

- G-Force Premium – 4,33 lari (4,27 lari) – 6 tetri artım;

- Avro Regular – 4,03 lari (3,97 lari) – 6 tetri artım;

- G-Force Avro Dizel – 4,99 lari (4,95 lari) – 4 tetri artım;

- Avro Dizel – 4,93 lari (4,87 lari) – 6 tetri artım.

Portal

- Super – 4,29 lari (4,24 lari) – 5 tetri artım;

- Premium – 4,09 lari (4,04 lari) – 5 tetri artım;

- Avro Regular – 3,84 lari (3,84 lari) – dəyişiklik yoxdur;

- Avro Dizel – 4,89 lari (4,79 lari) – 10 tetri artım;

- Effektiv Dizel – 4,79 lari (4,69 lari) – 10 tetri artım.

Lukoil

- Super – 4,60 lari (4,60 lari) – dəyişiklik yoxdur;

- Əlavəli Premium – 4,25 lari (4,25 lari) – dəyişiklik yoxdur;

- Regular – 3,95 lari (3,95 lari) – dəyişiklik yoxdur;

- Avro Dizel – 4,97 lari (4,97 lari) – dəyişiklik yoxdur.

Socar

- Nano Super – 4,55 lari (4,55 lari) – dəyişiklik yoxdur;

- Nano Premium – 4,25 lari (4,25 lari) – dəyişiklik yoxdur;

- Nano Avro Regular – 3,95 lari (3,95 lari) – dəyişiklik yoxdur;

- Avro 5 Dizel – 4,86 lari (4,86 lari) – dəyişiklik yoxdur;

- Nano Avro 5 Dizel – 4,94 lari (4,94 lari) – dəyişiklik yoxdur.

Rompetrol

- Efix Super – 4,56 lari (4,56 lari) – dəyişiklik yoxdur;

- Efix Avro Premium – 4,16 lari (4,16 lari) – dəyişiklik yoxdur;

- Efix Avro Regular – 3,88 lari (3,88 lari) – dəyişiklik yoxdur;

- Efix Avro Dizel – 4,97 lari (4,97 lari) – dəyişiklik yoxdur;

- Avro Dizel – 4,89 lari (4,89 lari) – dəyişiklik yoxdur.

Bizimlə əlaqə saxlayın