16 
Apr
2026
15:24
196

Kaxa Kaladze: Xalq yaxşı bilir kim kimdir və kimə xidmət edir

“İndi başa düşdülər ki, seçkilər nə qədər vacibdir?! Xalq yaxşı bilir kim kimdir və kimə xidmət edir.”

InterPress.ge xəbər verir ki, Kaxa Kaladze bu açıqlamanı Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin son bəyanatına münasibət bildirərkən verib.

Kaladzenin sözlərinə görə, ölkədə hakimiyyətin kim tərəfindən idarə olunacağına yalnız xalq qərar verir və kənardan hər hansı təsir və ya manipulyasiya mümkün deyil.

“Xalq hər şeyi yaxşı bilir – kim kimdir, kim kimə xidmət edir. Salome Zurabişvili kimə xidmət edir, hansı təsir altındadır – bunu da hamı bilir. Xaricdən kiminsə göstəriş verəcəyi və ya manipulyasiya edəcəyi ilə bağlı illüziyalarınız baş tutmayacaq”, – deyə o qeyd edib.

O əlavə edib ki, yeni siyasi partiyalar yaratmaq və ya fərqli adlarla çıxış etmək də nəticəni dəyişməyəcək.

“İstər fərdi şəkildə, istər yeni partiyalar yaradaraq heç nə dəyişə bilməyəcəksiniz. Dövlətə qarşı fəaliyyət göstərən hər kəs bu reallıqla üz-üzədir”, – deyə Kaladze vurğulayıb.

Qeyd edək ki, Salome Zurabişvili daha əvvəl seçkilərə inandığını və hakimiyyət dəyişikliyinin məhz seçkilər yolu ilə baş verməsinin vacibliyini bildirib.

“Mən seçkilərə inanıram! Bu, ölkə üçün sabit və sülh yolu ilə inkişafın yeganə yoludur”, – deyə Zurabişvili sosial şəbəkədə yayımladığı videomüraciətdə qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər