15 
Apr
2026
21:49
330

Parlament yeni C5 vizasını təsdiqlədi

Gürcüstan parlamenti “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, qanun layihəsi 72 səslə dəstəklənib.

Məlumata görə, dəyişikliklərə əsasən yeni C5 kateqoriyalı ordinari viza tətbiq olunur. Bu viza 5 il müddətinə çoxgirişli olmaqla veriləcək və ölkədə 1 il qalmaq imkanı yaradacaq. C5 vizası əsasən turizm məqsədilə Gürcüstana gələn şəxslər üçün nəzərdə tutulur, lakin eyni zamanda bu şəxslərə yalnız qeyri-rezidentlər üçün və Gürcüstan hüdudlarından kənarda həyata keçirilən fəaliyyətlə bağlı işləməyə icazə verilir.

Qeyd olunur ki, bu kateqoriya üzrə viza həmçinin şəxsin həyat yoldaşına və azyaşlı uşaqlarına da verilə bilər.

Dəyişikliklərə əsasən, qanunda “E-VISA PORTAL” termini “xüsusi vebsayt” ifadəsi ilə əvəz olunur. Bununla yanaşı, Gürcüstan hökumətinin qərarı əsasında vizaların verilməsi ilə bağlı qərarların sürətləndirilmiş qaydada qəbul edilməsi də mümkün olacaq.

Eyni zamanda, qanuna yeni norma əlavə olunur ki, dövlətin miqrasiya siyasəti C5 vizasının verilməsindən imtina üçün əsas kimi istifadə edilə bilər və bu qərar məhkəmədə mübahisələndirilə bilməyəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər