14 
Mar
2026
18:15
161

İran rəsmisi: İsrailə dron dəstəyi səbəbindən Ukrayna İran üçün legitim hədəfə çevrilib

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, İsrailə dron dəstəyi göstərdiyi üçün Ukrayna İran üçün legitim hədəfə çevrilib.

InterPress.ge xəbər verir ki, Əzizi bu barədə X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna İsrail rejimini dronlarla dəstəkləməklə faktiki olaraq münaqişəyə qoşulub.

“İsrail rejiminin dronlarla dəstəklənməsi səbəbindən Ukrayna faktiki olaraq müharibəyə qoşulub və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazisini İran üçün legitim hədəfə çevirib”, – deyə İbrahim Əzizi bildirib.

Məlumata görə,bu həftənin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski İran istehsalı dronlara qarşı mübarizədə yardım üçün Yaxın Şərq ölkələrindən müraciət aldığını açıqlamışdı.

Zelenskinin sözlərinə görə, Ukrayna bu məqsədlə hərbi məsləhətçilərdən ibarət üç qrupu Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına göndərib.

Bizimlə əlaqə saxlayın