04 
Mar
2026
12:51
281

Gürcüstanda 5–7 mart tarixlərində gözlənilən hava şəraiti açıqlandı

Gürcüstanda 5–7 mart tarixlərində nisbətən soyuq və arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yayıb.

Sinoptiklərin proqnozuna əsasən, 5–6 mart tarixlərində Tbilisidə əsasən yağıntısız hava müşahidə olunacaq, 7 martda isə az yağış və külək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq.

Agentliyin məlumatına görə, sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) arabir yağış gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) arabir yağış gözlənilir. Gündüz temperatur +10, +12 dərəcə olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) arabir yağıntı gözlənilir. Havanın temperaturu gündüz +5, +7 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) arabir qar yağacağı proqnozlaşdırılır. Gündüz temperatur -1, +1 dərəcə olacaq.

Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) bəzi yerlərdə yağıntı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə olacaq.

Kaxeti bölgəsində (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə yağıntı gözlənilir. Gündüz temperatur +9, +11 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qar gözlənilir. Havanın temperaturu gündüz +4, +6 dərəcə olacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post), Omalo) bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz -2, -4 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın