24 
Fev
2026
11:49
262

Marneulidə quldurluq edən şəxs saxlanıldı- VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları quldurluq ittihamı ilə 1999-cu il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş və hazırda şərti cəza altında olan R.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində 1966-cı il təvəllüdlü M.X.-nin əl çantasını zorla alaraq hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb.

Polis quldurluq yolu ilə ələ keçirilmiş əl çantasını, içərisindəki şəxsi əşyaları və pulun bir hissəsini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın