09 
Fev
2026
12:10
259

2026-cı ildə 12 dövlət məktəbində bərpa işləri üzrə layihələndirmə və tenderlərin elan edilməsi planlaşdırılır

2026-cı il ərzində 12 dövlət məktəbində bərpa işləri üçün layihələndirmə sənədlərinin hazırlanması və ardınca bərpa işləri üzrə dövlət satınalmalarının elan edilməsi nəzərdə tutulur.

InterPress.ge xəbər verir ki, bu barədə Bələdiyyə İnkişaf Fondu məlumat verib.

Bərpa işləri planlaşdırılan məktəblər bunlardır: Axaltsixe şəhəri 2 saylı dövlət məktəbi; Qori bələdiyyəsinin Ateni kənd dövlət məktəbi; Mestia qəsəbəsi 1 saylı dövlət məktəbi; Saçxere şəhəri 1 saylı dövlət məktəbi; Saçxere bələdiyyəsinin Çorvila kənd dövlət məktəbi; Saqareco bələdiyyəsinin Manavi kənd dövlət məktəbi; Telavi bələdiyyəsinin Pşaveli kənd dövlət məktəbi; Çiatura şəhəri 2 saylı dövlət məktəbi; Tsxaltubo bələdiyyəsinin Kvitiri kənd dövlət məktəbi; Zuqdidi bələdiyyəsinin Şamqona kənd dövlət məktəbi; Qardabani bələdiyyəsinin Axalsofli kənd dövlət məktəbi; Samtredia şəhəri 11 saylı dövlət məktəbi.

Sənəddən həmçinin məlum olur ki, Təhsil və Elmi İnfrastruktur Agentliyindən Bələdiyyə İnkişaf Fonduna ötürülmüş və hazırda icrası davam edən bərpa layihələrinin 2026-cı il ərzində tamamlanması planlaşdırılır. Rəsmi məlumata görə, bu kateqoriyaya ölkə üzrə ümumilikdə 12 dövlət məktəbi daxildir. Onlardan 3-ü Tbilisidə, 4-ü İmeretidə, 1-i Quriya bölgəsində, 1-i Mçxeta–Mtianetidə, 1-i Raça–Leçxumi və Kvemo Svanetidə, 1-i Kvemo Kartlidə, 1-i isə Sameqrelo–Zemo Svanetidə yerləşir.

Bundan əlavə, cari ildə Bələdiyyə İnkişaf Fondu tərəfindən 18 dövlət məktəbi üzrə layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilir. Həmin məktəblər Bolnisi bələdiyyəsinin Kazreti qəsəbəsi 2 saylı dövlət məktəbi; Kaspi şəhəri 4 saylı dövlət məktəbi; Xaşuri bələdiyyəsinin Vaği kənd dövlət məktəbi; Axmeta bələdiyyəsinin Duisi kənd dövlət məktəbi; Tbilisi şəhəri 152, 166, 96, 158, 14 və 157 saylı dövlət məktəbləri, eləcə də Böyük Diğomi qəsəbə məktəbi; Siğnaği bələdiyyəsinin Erisimedi kənd dövlət məktəbi; Kobuleti bələdiyyəsinin Çakvi qəsəbəsi 1 saylı dövlət məktəbi; Tercola bələdiyyəsinin Bardubani kənd dövlət məktəbi; Ozurgeti bələdiyyəsinin Naqomari kənd dövlət məktəbi; Çoxatauri qəsəbəsi Niko Mari adına 1 saylı dövlət məktəbi; Abaşa şəhəri 2 saylı dövlət məktəbi və Tsalençixa şəhəri 1 saylı dövlət məktəbidir.

Qeyd olunur ki, adıçəkilən məktəblər üzrə bərpa işlərinin təxmini büdcəsi layihə-smeta sənədləri Bələdiyyə İnkişaf Fondu tərəfindən təhvil verildikdən sonra açıqlanacaq.

Bizimlə əlaqə saxlayın