27 
Yan
2026
09:42
197

Fransa BMT-də Gürcüstanı siyasi səbəblərlə saxlanılan şəxsləri azad etməyə çağırıb

Fransa Gürcüstanda siyasi motivlərlə saxlanılan bütün şəxslərin azadlığa buraxılmasına çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisində Fransanın daimi nümayəndəsinin müavini Kler Tuode, BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UPR) mexanizminin 51-ci sessiyası çərçivəsində Gürcüstanın milli hesabatının müzakirəsi zamanı çıxış edərək bildirib. 

Tuodenin sözlərinə görə, Fransa Gürcüstan hökumətinə bir sıra tövsiyələr təqdim edir. O bildirib ki, siyasi plüralizmin qorunmasını, azad və ədalətli seçkilərin keçirilməsini təmin edən hüquqi çərçivə yaradılmalıdır. Eyni zamanda media azadlığı və media plüralizmi təmin edilməli, ifadə azadlığına, dinc toplaşma və sərbəst birləşmə hüquqlarına tam hörmət göstərilməlidir.

Fransa nümayəndəsi vurğulayıb ki, Gürcüstan vətəndaş cəmiyyəti, insan hüquqları müdafiəçiləri və jurnalistlər üçün təhlükəsiz və əlverişli mühit yaratmalıdır.

“Biz siyasi səbəblərlə saxlanılan bütün şəxslərin azadlığa buraxılmasını və hər kəs üçün ədalətli məhkəmə hüququnun təmin olunmasını tövsiyə edirik. Zorakılığın və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparılmalı, o cümlədən gender və cinsi oriyentasiya zəminində baş verən zorakılıq hallarının qarşısı alınmalıdır. LQBT+ şəxslərin fundamental hüquq və azadlıqlarının qorunması təmin edilməlidir”, – deyə Kler Tuode bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər