23 
Yan
2026
15:45
541

Marneulidə bir nəfər saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 1977-ci il təvəllüdlü R.A.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən edilib ki, şübhəli şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək 1979-cu il təvəllüdlü S.C.-yə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Yaralı kişi tibb müəssisəsinə yerləşdirilib və hazırda ona müvafiq tibbi yardım göstərilir.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində R.A. təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın