14 
Yan
2026
13:25
380

Marneulidə hədə-qorxu ilə pul tələb edən bir nəfər saxlanıldı- VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan E.A. saxlanılıb. O, odlu silahdan istifadə etməklə sistemli zorakılıq və dəfələrlə hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən həmkəndlisi, 1987-ci il təvəllüdlü R.E.-dən mütəmadi olaraq pul tələb edib, ödənişdən imtina edəcəyi halda isə onu həyatına son qoymaqla hədələyib. Təhdid və qorxu yolu ilə R.E. sentyabr ayından bu günədək müxtəlif vaxtlarda ümumilikdə 1300 lari məbləğində vəsaiti təqsirləndirilən şəxsə verib.

Aparılmış istintaq hərəkətləri nəticəsində E.A. hakim qərarı əsasında saxlanılıb.

Fakt üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin ikinci hissəsinin “m” bəndi və 181-ci maddəsinin ikinci hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın