Marneulidə hamilə qadına qarşı zorakılıq edən şəxs saxlanıldı- VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları hamilə qadına qarşı ailədaxili zorakılıq törətməkdə təqsirli bilinən və axtarışda olan şəxsi saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, 2001-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş R.M. 2025-ci il dekabrın 6-da hamilə həyat yoldaşına fiziki zorakılıq tətbiq edib və hadisə yerindən qaçıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları R.M.-ni məhkəmə qərarı əsasında Marneuli şəhərində saxlayıblar. Hazırda təqsirləndirilən şəxs penitensiar müəssisəyə yerləşdirilib.
Faktla bağlı istintaq və hüquqi prosedurlar qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirilir.


