Marneulidə bıçaq hədəsi ilə quldurluq edən şəxs saxlanıldı - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları quldurluq ittihamı ilə 2006-cı il təvəllüdlü Z.D.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxs Marneuli bələdiyyəsində yaşayan 1962-ci il təvəllüdlü A.P.-ni bıçaqla hədələyərək quldurluq edib, zərərçəkənin üzərində olan zinət əşyalarını və 14 min lari məbləğində pulu ələ keçirərək hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Z.D. təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin birinci hissəsi ilə aparılır.


