29 
Dek
2025
10:53
698

Marneulidə Azərbaycan vətəndaşı olan iki nəfər saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları dələduzluq ittihamı ilə Azərbaycan Respublikasının iki vətəndaşını saxlayıblar. Saxlanılan şəxslər 1987-ci il təvəllüdlü A.M. və 1983-cü il təvəllüdlü İ.M.-dir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən edilib ki, şübhəli şəxslər Marneuli bələdiyyəsində yaşayan vətəndaşlardan birinə məxsus qızıl məmulatları dələduzluq yolu ilə ələ keçiriblər. Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində hər iki şəxs hadisədən dərhal sonra isti izlərlə saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin birinci hissəsi ilə aparılır. Sözügedən maddə dörd ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər