Şalva Papuaşvili: “Qərbin yaradılmış ən böyük zərərli mexanizmi – ENGO sistemi – yeni demokratiyalara zərbə vurdu”
Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, xüsusilə inkişaf etməkdə olan ölkələrə “sırınmış” QHT (ENGO) sistemi Şərqi Avropanın yeni demokratiyaları üçün Qərbin yaratdığı “ən böyük zərərdir”.
InterPress.ge xəbər veri ki, bu barədə o, jurnalistlərlə söhbətində deyib.
Papuaşvili öz mövqeyini SpaceX-in qurucusu İlon Maskın sözləri ilə əsaslandırıb. Mask bildirmişdi ki, “Avropanı QHT bürokratiyası idarə edir və bu, xalqa demokratiyanı əlindən alır”.
Parlament sədrinin sözlərinə görə, cəmiyyətin əvəzlənməsi və QHT-lərlə əvəz olunması cəhdi, sonda ABŞ tərəfindən ifşa olunub.
Papuaşvili qeyd edib ki, illərdir aparılan bu prosesin mahiyyəti cəmiyyəti “kiçik, idarə olunan və müəyyən qrupların maraqlarını müdafiə edən lobbi təşkilatları ilə əvəzləmək” olub.
O əlavə edib ki, bu barədə İlon Maskın dedikləri ilə üst-üstə düşür: “Mask deyir ki, bu gün Avropanı QHT-lər idarə edir, müəyyən elitist azlıq qrupları proseslərə nəzarət edir.”
Papuaşvili vurğulayıb ki, ABŞ-ın mövqeyi bu prosesin mahiyyətini daha açıq göstərdi. Onun sözlərinə görə, USAID də daxil olmaqla bir sıra maliyyə mənbələrinin dayandırılması da məhz bu səbəblə baş verib.
“Bu sistem başqa ölkələrin maraqlarını cəmiyyətin seçiminə qarşı yönəldirdi. İlon Maskın dediyi kimi, QHT sistemi Qərbin yaratdığı ən böyük zərərli mexanizmdir”, – deyə Şalva Papuaşvili bildirib.


