25 
Nybr
2025
10:18
326

Gürcüstanda dəyişikliyə əsasən, dəmir yolu obyektlərinin mühafizəsini artıq yalnız Dövlət Mühafizə Polisi həyata keçirəcək

Gürcüstan “Dəmir Yolu Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, bundan sonra özəl mühafizə təşkilatları dəmir yolunun, dəmir yolu stansiyalarının və hərəkət edən qatar tərkibinin mühafizəsini həyata keçirə bilməyəcək.

Qanun layihəsinə görə, dəmir yolu xətti boyunca, dəmir yolu stansiyalarında yükün və dəmir yolu nəqliyyatı obyektlərinin mühafizəsini Dövlət Mühafizə Polisi Departamenti təmin edəcək.

Sənəddə qeyd olunur ki, Dövlət Mühafizə Polisi Departamenti ona təhkim edilmiş yük və dəmir yolu nəqliyyatı obyektlərinin qorunmasına müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında cavabdeh olacaq.

Qanun layihəsi həmçinin keçid müddəasını nəzərdə tutur. Bu müddəaya görə, dəyişikliyin qüvvəyə minməsinə qədər dəmir yolu tərəfindən özəl mühafizə təşkilatları ilə bağlanmış müqavilələr onların müddəti başa çatanadək qüvvədə qalacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər