14 
Nybr
2025
20:05
228

İrakli Kobaxidze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanı ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyətini vurğulayaraq regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Söhbət zamanı iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə toxunulub və qeyd olunub ki, siyasi dialoq ən yüksək səviyyədə inkişaf edir.

Görüşdə xüsusilə ticarət-iqtisadi əməkdaşlıq qabardılıb. Bildirilib ki, Ermənistan Gürcüstanın ilk on ən böyük ticarət tərəfdaşından biridir.

Tərəflər Gürcüstanın regionda sabitlik və sülhün möhkəmləndirilməsi istiqamətində oynadığı vacib rolu da yüksək qiymətləndiriblər.

Hökumət administrasiyasında keçirilən görüşdə xarici işlər naziri Maka Boçorişvili, administrasiyanın rəhbəri Levan Jorjoliani, Gürcüstanın Ermənistandakı səfiri Qiorqi Şarvaşidze və Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyan iştirak ediblər.

Bizimlə əlaqə saxlayın