23 
Fev
2020
10:31
818

“Green Card” udmaq istəyənlərə pis xəbər - sərtləşdirilmiş qaydalar işə başlayır

ABŞ-da dövlət müavinətinə ümid edən xarici vətəndaşların ölkədə daimi yaşamasına icazələrin (“Green Card”) verilməsini sərtləşdirən yeni qaydalar fevralın 24-dən tətbiq olunacaq.

InterPress.ge Tass-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.

Cümə günü ABŞ Ali Məhkəməsi bu qaydaların İllinoys ştatı ərazisində tətbiqinə qadağa qoymağı tələb edən son iddianı rədd edib.

“Green Card”ın alınması üçün müraciətə baxarkən “Medicaid” güzəştli tibbi sığortanın olması, ərzaq talonları və güzəştli mənzil alınması proqramında iştirak mənfi amillər hesab olunacaq.

Ciddi xəstəlikləri olan, lakin müalicə üçün vəsaiti olmayan şəxslər də daimi yaşayış yeri almaq üçün müraciət edərkən problemlərlə üzləşəcəklər.

Mənfi xarakteristikalar arasında özəl tibbi sığortanın olmaması, ingilis dilini kifayət qədər bilməmək və əmək bazarına çıxışın olmamağı da nəzərdən keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər