07 
Nybr
2025
13:01
215

İrakli Kobaxidze: “Gürcüstanın qəbul etdiyi şəffaflıq qanunu yalnız maliyyə hesabatlılığına aiddir”

"İki il əvvəl qəbul edilən “Şəffaflıq haqqında qanun” ABŞ-ın FARA qanunundan fərqlənir və onun məqsədi yalnız maliyyə şəffaflığının təmin edilməsidir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində bildirib.

Hökumət başçısının sözlərinə görə, bu qanunla müəyyən olunan yeganə öhdəlik qeyri-hökumət təşkilatlarının dövlət orqanlarına illik maliyyə hesabatı təqdim etməsidir.

“Bu qanuna əsasən, QHT-lərin hər il dövlət orqanlarına maliyyə hesabatı təqdim etməsi tələb olunur — vəssalam. Biz müşahidə etdik ki, Gürcüstana müxtəlif mənbələrdən böyük məbləğdə maliyyə vəsaitləri daxil olurdu və bu vəsaitlər ölkədə inqilabi ssenarilərin dəstəklənməsi üçün istifadə olunurdu. İndi biz məmnunuq ki, Tramp administrasiyası USAID və digər institutlar vasitəsilə həyata keçirilən bu cür mənfi təcrübələri təsdiqlədi və ABŞ-da həmin təşkilatların fəaliyyətini tamamilə dayandırdı,” – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, hökumət Qərbin tənqidlərinə cavab olaraq ABŞ-ın FARA qanununu əsas götürüb və onun tam analoqunu qəbul edib:

“Şəffaflıq haqqında qanuna yönələn tənqidlərdən sonra biz ABŞ-ın FARA qanununu tam şəkildə kopyaladıq – bu, həmin qanunun dəqiq surətidir. Buna baxmayaraq, onlar hələ də bizi tənqid edirlər. Bu, sadəcə olaraq gülüncdür, doğrudan da gülüncdür.”

Bizimlə əlaqə saxlayın