İrakli Kobaxidze: “Baş verənlərin hamısı müxalifətin xarici xüsusi əməliyyatıdır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə baş verən proseslər müxalifət tərəfindən həyata keçirilən xarici xüsusi əməliyyatın tərkib hissəsidir.
InterPress.gexəbərverirki, o, bu barədə Şanxayda jurnalistlərə açıqlama verib.
Kobaxidzenin sözlərinə görə, bu əməliyyatda “Vahid Milli Hərəkat”, “Akhali”, “Lelo” partiyaları və Qaxaria da bərabər şəkildə iştirak ediblər.
“Düşünürəm ki, baş verənlərin hamısı müxalifətin xüsusi əməliyyatıdır. Bütün bunlar Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş böyük bir xarici xüsusi əməliyyatın hissəsidir. 2020 və 2024-cü illərdəki sabotajlar, son dörd ildə baş vermiş beş inqilab cəhdi – bunların hamısı xarici xüsusi əməliyyatdır. Bu əməliyyatda ‘Vahid Milli Hərəkat’, ‘Axali’, ‘Lelo’ və Qaxaria bərabər şəkildə iştirak ediblər. Buna görə də onların bir-birini ittiham etməsi düzgün deyil. Onların hamısı birlikdə Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş xarici xüsusi əməliyyatda iştirak ediblər,” – deyə İrakli Kobaxidze bildirib.


