Hesabata görə, Gürcüstanın hökuməti uzunmüddətli vizyon üzrə Avropanın ilk üçlüyündə yer aldı - SƏS
Çendler Yaxşı İdarəetmə İnstitutunun 2025-ci il üçün hazırladığı hesabat çərçivəsində uzunmüddətli vizyon reytinqi açıqlanıb və nəticələrə görə, Gürcüstan hökuməti Avropanın ən yaxşı üçlüyünə daxil olub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Gürcü Arzusu” yayıb.
Partiyanın açıqlamasına görə, Gürcüstan hökuməti yüksək qiymətləndirmə alıb və uzunmüddətli strateji baxış üzrə dünya miqyasında ən yaxşı 20 ölkə arasında 16-cı yeri tutub.
Məlumata əsasən, Gürcüstan bu göstərici ilə “Böyük yeddilik” ölkələrindən 5-ni, həmçinin Avropa İttifaqı, Şengen zonası və NATO-ya üzv olan 31 dövləti geridə qoyub. Bu ölkələr arasında Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa, İtaliya, İsveç, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, İslandiya, Danimarka, Norveç, Finlandiya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Sloveniya, Xorvatiya, Estoniya, Latviya, Litva, Yunanıstan, Rumıniya, Bolqarıstan, Malta, Kipr, Monteneqro, Şimali Makedoniya və Türkiyə yer alır.
Hesabata görə, Avropada ilk üçlük belə formalaşıb: Lüksemburq, İsveçrə və Gürcüstan.
Bildirilir ki, hökumətlərin uzunmüddətli baxış reytinqi Dünya İqtisadi Forumu tərəfindən keçirilən qlobal sorğuya əsaslanır və müxtəlif ölkələrin hökumətlərinin gələcəyə yönəlik strateji viziona malik olub-olmamasına görə qiymətləndirilir.


