İrakli Kobaxidze: “Hökumətin fəaliyyəti tam şəffafdır, korrupsiyanın aradan qaldırılması üçün bir sıra konkret addımlar atılıb”
"Ölkədə korrupsiyanın aradan qaldırılması məqsədilə bir sıra konkret addımlar atılıb və hökumətin fəaliyyəti tamamilə şəffafdır."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, hökumətin bütün qərarları istənilən vətəndaş üçün açıq və əlçatan şəkildə təqdim olunur.
Baş nazir eyni zamanda infrastruktur layihələrinin keyfiyyətli icrasının vacibliyini vurğulayıb və regional inkişaf və infrastruktur naziri Revaz Soxadze-yə görülən işlərə görə təşəkkür edib.
“Bu fürsətdən istifadə edərək, cənab Revaz Soxadzeyə bu günə qədər görülən işlərə görə təşəkkürümü bildirirəm. Xüsusilə problemli layihələrin düzəldilməsi və yeni bir praktikanın yaradılması üçün, hansı ki, ölkədə bütün infrastruktur layihələrinin yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edəcək. Nəticələr artıq görünür və yaxın gələcəkdə daha aydın şəkildə görünəcək,” – deyə Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, hökumət gələcəkdə də tam şəffaf fəaliyyət prinsipinə sadiq qalacaq:
“Bir daha qeyd etmək istəyirəm ki, ölkədə korrupsiyanın aradan qaldırılması üçün bir sıra konkret addımlar atılıb. Hökumətin fəaliyyəti tam şəffafdır, bütün qərarlarımız ictimaiyyət üçün açıqdır. Əgər kimsə hər hansı sənəddə və ya qərarda mənfi əlamət görürsə, istənilən vaxt bizə sual ünvanlaya bilər və hər suala cavab veriləcək. Gələcəkdə də eyni şəkildə şəffaf fəaliyyətimizi davam etdirəcəyik,” – deyə Baş nazir vurğulayıb.


