24 
Okt
2025
16:05
368

İrakli Qaribaşvili: “Heç kimin əleyhinə ifadə verməmişəm”

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili bildirib ki, heç kimin əleyhinə ifadə verməyib.

InterPress.ge xəbər verir ki, bu açıqlamanı o, məhkəmə iclas zalından çıxarkən jurnalistlərin sualına cavab olaraq səsləndirib.

Qaribaşvili məhkəmə binasını mərkəzi çıxışdan deyil, yan girişdən tərk edib və jurnalistlərin yalnız bir sualına cavab verib – “Heç kimin əleyhinə ifadə vermisinizmi?” Sabiq baş nazirin cavabı qısa olub: “Heç kimin əleyhinə ifadə verməmişəm.”

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Eka Barbaqadze Qaribaşvili barəsində 1 milyon lari məbləğində girov qərarı çıxarıb. Məhkəmə qərarına əsasən, o, pasportunu hüquq-mühafizə orqanlarına təhvil verməli və ölkədən kənara çıxmamalıdır.

İttihama görə, İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı irəli sürülüb. Bu cinayət 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın