17 
Okt
2025
12:10
238

Kaxa Kaladze: “Təhsil islahatı çox vacibdir, bir qədər gecikib, amma əsas odur ki, həyata keçirilsin”

"Bu dəyişikliklər ölkə üçün mühüm və zəruridir."

InterPress.ge xəbər veri ki, bu barədə Tbilisi meri Kaxa Kaladze hökumət tərəfindən elan edilən təhsil islahatlarını qiymətləndirərək bildirib.

Onun sözlərinə görə, islahatların məqsədi gələcək nəsillərə layiqli təhsil imkanının yaradılması olmalıdır.

“İslahat çox vacibdir, bir qədər gecikib, amma əsas odur ki, bu islahat həyata keçirilsin. Baş nazir çox ətraflı danışdı mövcud çağırışlardan və qarşıdakı illərdə görüləcək işlərdən. Düşünürəm ki, hamımız razıyıq – ölkədə ən ciddi problemlərdən biri məhz bu sahədir. Buna görə də biz uşaqlarımız və gələcək nəsillər üçün hər şeyi etməliyik ki, onların keyfiyyətli təhsil alma imkanları olsun,” – deyə Kaladze vurğulayıb.

Tbilisi merinin sözlərinə görə, əsas məqsəd təhsil almış insanların bilik və bacarıqlarının ölkənin inkişafı üçün istifadəsidir:

“Ən vacibi odur ki, təhsilli gənclərin qazandığı biliklər Gürcüstanın inkişafına, rifahın və iqtisadi artımın təmin edilməsinə yönəldilsin. Bunun üçün bizə savadlı və uğurlu gənclər lazımdır. Baş nazirin təqdim etdiyi islahat və onun cəmiyyətlə dialoqun davam etdirilməsi barədə bəyanatı çox önəmlidir,” – deyə Kaladze əlavə edib.

Bizimlə əlaqə saxlayın