16 
Okt
2025
10:14
241

İrakli Kobaxidze: “Cərimələr kifayət qədər təsirli olmadı — növbəti addım inzibati həbsdir”

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, etiraz aksiyalarına qarşı tətbiq olunan cərimələrin kifayət qədər effektiv olmadığına görə hökumət daha sərt tədbirlərə — inzibati həbsə — keçid edir. Onun sözlərinə görə, inzibati həbs təkrar hallarda cinayət məsuliyyəti ilə əvəzlənəcək.

Kobaxidze vurğulayıb ki, bu yanaşma nisbətlilik (proporsionallıq) prinsipi əsasında qəbul olunur və nəzərdə tutulan dəyişikliklər həm beynəlxalq standartlara, həm də Strazburq praktikasına uyğundur.

“Praktika göstərdi ki, cərimələr yetərli effekt vermədi. Məsələn, bəzi şəxslər qaliblik hissi ilə deyirlər ki, onlara artıq 250 min lari cərimə kəsilib, amma yenə də aksiyalarda iştirak edirlər. Bir çoxları işsizdir, cəriməni çıxarmaq üçün resurs yoxdur — belə şəxslər yolu bağlayırlar. Bu nümunələr göstərir ki, cərimələr kifayət qədər təsirli deyil və ona görə daha effektli vasitəyə keçmək lazımdır. Bu, hüquqi məntiqdir və bizə proporsionallıq prinsipi bunu diktə edir. Əvvəl daha yumşaq tədbiri sınamalısan; o yetərli olmadıqda daha sərtə keçmək olar. Praktika göstərdi ki, cərimə effektiv deyil və proporsionallıq prinsipi əsasında biz inzibati həbsə keçir və təkrarda — cinayət məsuliyyətinə. Biz düşünürük ki, bu cərimələrdən daha effektli olacaq. Bu, həm beynəlxalq standartlarla, həm Strazburq praktikasına uyğun gəlir. Hər şey öyrənilib — Strazburq təcrübəsi, beynəlxalq standartlar, nəzəriyyə və praktika,” — deyə Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, əgər dünyada bir başa nümunə göstərə bilən şəhər mərkəzi varsa ki, orada 50, 150, 300 nəfər hər gün mərkəzi prospekti bağlaya bilir, hökumət belə yanaşmaya yenidən baxa bilər, ancaq indiki vəziyyəti “ağlasığmaz” adlandırıb.

Bizimlə əlaqə saxlayın