13 
Okt
2025
11:49
440

Gürcüstanda gümüşün qiyməti bir ildə iki dəfə artıb

Qlobal bazarlarda gümüşün qiyməti son günlərdə kəskin bahalaşıb. Son ticarət məlumatlarına əsasən, 1 unsiya gümüş 50 ABŞ dolları dəyərində satılır ki, bu da bir gün ərzində 3% artım deməkdir.

Son bir ayda gümüşün qiyməti təxminən 17%, bir il ərzində isə 50% artıb.

Trading Economics məlumatına görə, gümüşün bahalaşmasına dünya miqyasında mövcud qeyri-müəyyənliklər və təhlükəsizliklə bağlı risklər səbəb olub. ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə planlaşdırılan görüşün ləğv oluna biləcəyi barədə bəyanatı və Çin məhsullarına idxal rüsumlarının artırılacağını elan etməsi qiymət artımını daha da sürətləndirib.

Bundan əlavə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini yenidən azaldacağına ümid edirlər. Bununla yanaşı, qlobal siyasi gərginliklər — ABŞ hökumətində “lokdaun” ehtimalı, Fransadakı iğtişaşlar və Yaponiyada rəhbərlikdə dəyişikliklər — gümüşə olan tələbatın və qiymətlərin yüksəlməsinə əlavə təsir göstərib.

Gürcüstanda hazırkı vəziyyətə görə, 999 əyarlı 1 qram gümüşün satış qiyməti 4.65 lari, alışı isə 3.85 lari təşkil edir. Ən aşağı əyarlı (800) gümüşün alış qiyməti 3.08 lari, satış qiyməti isə təxminən 3.72 lari səviyyəsindədir.

Bizimlə əlaqə saxlayın