09 
Okt
2025
15:06
325

Salome Zurabişvili: “Gürcüstanda iqtisadi vəziyyət pisləşib və daha da ağırlaşır”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Almaniyanın “Deutsche Welle” media qurumuna verdiyi müsahibədə bildirib ki, ölkədə iqtisadi vəziyyət getdikcə daha da pisləşir.

“İqtisadi vəziyyətin ağırlaşmasının əsas səbəbi ölkənin təcrid olunmuş vəziyyətə düşməsidir. Avropa və Amerika tərəfdaşlarımız tərəfindən bir çox ikitərəfli proqramlar dayandırılıb. Seçkilər günü necə idisə, bu gün də eyni vəziyyətdir — seçkiləri əslində müxalifət qazandı. Gürcü xalqının böyük əksəriyyəti avropayönlüdür və Rusiyanın siyasətinə uyğun gələn gələcək modelini qəbul etmir,” – deyə Zurabişvili qeyd edib.

Prezidentin sözlərinə görə, hakim partiya müxtəlif yollarla ictimai etirazları boğmağa çalışır.

“Hakimiyyət küçələrdə etiraz edən vətəndaşlara qarşı cərimələr tətbiq edir, bəzi hallarda insanları işdən azad edir. Halbuki, ölkədə alternativ iş yerləri demək olar ki, yoxdur. Gürcüstanda avropayönlü əksəriyyət hələ də mövcuddur və heç yerə yox olmayıb. Hakim partiya isə ciddi daxili böhran yaşayır — artıq təkcə müxalifət liderlərini deyil, öz nazirlərini də korrupsiya ittihamı ilə həbs edirlər,” – deyə Zurabişvili əlavə edib.

Bizimlə əlaqə saxlayın