09 
Okt
2025
13:03
292

Kaxa Kaladze: “Heç kəsi həbsdə görmək istəmirik, amma qanunu pozanlara qarşı dövlət sərt addımlar atacaq”

Tbilisi meri Kaxa Kaladze 4 oktyabrda Tbilisidə baş verən hadisələri “çox ağır fakt” adlandırıb və bildirib ki, bu proseslər “sadəcə ötəri hadisə kimi” qiymətləndirilməyəcək.

“Bu, çox ağır hadisə idi. Aylarla dövlət çevrilişi və hakimiyyətin devrilməsi ilə bağlı kampaniya aparılırdı və bir sıra şəxslər, qruplar bu planı həyata keçirməyə cəhd etdilər. Bu məsələ asanlıqla bağlanmayacaq,” – deyə Kaladze vurğulayıb.

Merin sözlərinə görə, hökumət əvvəlcədən xəbərdarlıq etmişdi ki, qanunsuz addımlar atan hər kəs məsuliyyətə cəlb olunacaq, lakin buna baxmayaraq, bəzi şəxslər bu xəbərdarlığı qulaqardına vurublar:

“Biz insanları, həmvətənlərimizi xəbərdar edirdik – fərqli fikrə sahib ola bilərlər, bu normaldır, amma heç kəsi həbsdə görmək istəmirik. Buna baxmayaraq, bəzi şəxslər qanunsuz addımlar atdılar. Bu, onların qərarı idi, vətəndaş kimi hər kəs seçimində azaddır, amma belə hallarda dövlət qanunun çərçivəsində çox sərt reaksiya verəcək.”

Qeyd edək ki, 4 oktyabr hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində bu günə qədər 36 nəfər saxlanılıb. Onların bir hissəsinə qarşı zorakı hərəkətlərdə iştirak və dövlətin strateji obyektlərinə hücum cəhdləri ittihamı irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər